Bakı. 31 oktyabr. REPORT.AZ/ “Bolkart”ın 6 yaşını qeyd edən “Bank of Baku” ASC "6 yaşda, 6 yeni kampaniya" şüarı altında silsilə kampaniyalara start verib.
Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilri ki, noyabrımn 5-nə qədər davam edəcək kampaniyanın şərtlərinə əsasən, “Bolkart” kredit kart sahibləri balanslarındakı məbləğin hamısını nağdlaşdıra bilər.
Bu kampaniyadan müsbət kredit tarixçəsinə malik olan həm köhnə, həm də yeni “Bolkart” kredit kart sahibləri faydalana biləcək.
Bundan başqa, “Bolkart”la “Park Cinema” şəbəkəsinin “Park Bulvar”, “Metro Park” və “Flame Towers” kinoteatrlarında və “Cinema Plus” şəbəkəsinin “28 Mall”, “Gənclik Mall” və kinoteatrlarında həm onlayn rjimdə, həm də kassadan alınan biletlər hədiyyə kuponu qazandırır. Noyabrın 10-na qədər davam kampaniyada həm “Bolkart kredit”, həm də “Bolkart debet” kartlarının sahibləri iştirak edə bilər.
Noyabrın 27-nə qədər isə “Bolkart Gənc” təqaüd kartı ilə ən çox alış-veriş edən 3 tələbə “e-Book Reader” hədiyyə qazanacaq. Kampaniyada iştirak etmək üçün həm POS-terminalla, həm də onlayn rejimdə ödənişlər etmək lazımdır.
Noyabrın 18-nə qədər "Bolkart kredit" və yaxud “Bolkart debet” kartları ilə “MyBrands” mağazalarında ən çox alış-veriş edən 6 “Bolkart”lı isə şəbəkədən 50 manatlıq hədiyyə kartı qazanacaq. Üstəlik, “Bolkart kredit” kartları ilə alış-veriş edənlərin ödəniş müddətinə 2 ay əlavə olunacaq. Yəni, onlar 3 aya aldıqları məhsulun pulunu 5, 6 aya aldıqları məhsulun pulunu isə 8 aya ödəyə biləcəklər.
Noyabrın 4-nə qədər “Bolkart Gənc”, “Bolkart Ailə” və “Bolkart Gold” kredit kartı alan hər yeni müştəri isə 20 manat bal, “Bolkart Diamond” kredit kartı alan müştərilər isə 2000 mil hədiyyə qazanacaq.
“Bank of Baku”nun "6 yaşda, 6 yeni kampaniya" şüarı altında elan etdiyi kampaniyaların sonuncusu - 6-cı isə alış-veriş etməyi sevən “Bolkart”lılar üçün nəzərdə tutulub. Bank “1 aya ödə” partnyorlarında “İndi al, gələn il ödə” kampaniyasına başlayır. Belə ki, “Bolkart”lılar noyabrda etdikləri alış-verişlərin dəyərini dekabrda yox, gələn il, yəni yanvarda ödəyəcəklər.
“Bolkart”ın "3, 6 və ya 12 aya ödə” partnyor mağazalarında alış-veriş edən “Bolkart”lılar isə ödəniş müddətinə +2 ay hədiyyə qazanacaqlar. Yəni, onlar 3 ay müddətinə aldıqları məhsulun ödənişini 5 aya, 6 ay müddətinə aldıqları məhsulun ödənişini 8 aya, 12 ay müddətinə aldıqları məhsulun ödənişini isə 14 aya həyata keçirə biləcəklər. Kampaniya noyabrın 10-na qədər davam edəcək.
Kampaniyalar haqqında daha ətraflı məlumat üçün, https://www.bankofbaku.com və https://www.bolkart.az saytlarına daxil olmaq, eləcə də "Bolkart"ın "Facebook" sosial şəbəkəsindəki səhifəsini izləmək laızmdır.