"Report" xəbər verir ki, bunu yatağın operatoru olan "Total E&P Azerbaijan" şirkətinin icraçı direktoru Denis Lemarşal bildirib.
O qeyd edib ki, ilk quyunun qazılmasına gələn ilin yanvar ayında başlanılacaq.
"Artıq ilk quyunun yanvar ayında qazılmasına başlanması və müvafiq investisiyalar barədə qərar qəbul etmişik. Eyni zamamda, hələ FEED mərhələsindəyik və bu mərhələnin sonunda müqavilə imzalanacaq. Yekun investisiya ilə bağlı qərar müqavilədən əvvəl olmayacaq. Hesab edirəm ki, qərar təxminən gələn ilin mart ayında qəbul ediləcək", - deyə icraçı direktoru əlavə edib.