Bakı. 2 noyabr. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Yakub Jezniçak komandasının Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki çıxışları ilə əlaqədar “Przeglad Sportowy” portalının suallarını cavablandırıb. “Report” polşalı müdafiəçinin müsahibəsini təqdim edir...
- “Atletiko” ilə oyunlardan əvvəl sensasiya barədə düşünürdünüz?
- Rəqiblərə baxanda, heç-heçənin çətin tapşırıq olduğunu fikirləşirdim. Bəlkə də möcüzə deyil, futbolda necə olacağı bilinmir. Lakin mən rəqiblərin gücünü qiymətləndirirdim. Rəqiblərdən hansının zəif olmasına baxmırdım. Çünki hamısı Avropanın güclü kollektivləridir. İki oyunumuz var və mübarizə aparacağıq. Öz aramızda zarafat edirik ki, 3-cü yerə yüksələcəyik. Lakin bunun üçün “Çelsi” və ya “Roma”nı məğlub etməliyik. İtaliyalılar növbəti turda “Atletiko”nu üstələsələr, qrupdan çıxacaqlar. Belə olan halda bizə qarşı ehtiyat heyətlə oynaya bilərlərmi? Bunu bir kənara qoyaq. “Atletiko” ilə matçlarda əldə edilən nəticələrdən xoşumuz gəldi.
- İspaniyalılarla hansı matç daha çətin oldu?
- Madriddəki. Bakıdakı heç-heçə isə tarixi əhəmiyyət daşıyır. Çünki Azərbaycan komandasının ÇL-də ilk xalı idi. Səfərdə daha çətin oyun gözləyirdik. “Atletiko”nun yalnız buraxılan qoldan sonra hücumlarının sayını artırması məni təəccübləndirdi. Pedro qırmızı vərəqə aldı və irəli atıldılar. Lakin biz duruş gətirə bildik. “Çelsi” ilə matçdan sonra tənqid olunan İbrahim Şehiç Madriddə son dəqiqədə komandanı məğlubiyyətdən qurtartdı.
- “Atletiko” ilə görüşdən əvvəl sosial şəbəkədə şəkil paylaşmışdınız və belə bir qeyd yazmışdınız: “Yenə Madriddə. Bir il əvvəl “Real Madrid”, indi isə “Atletiko”. Həqiqətən də həyat 30 yaşdan sonra başlayır”. Oktyabrın 26-da 31 yaşınız tamam oldu...
- Son iki mövsümdə ÇL-in qrup mərhələsində oynamağa başladım. Bu həm də “Legiya” və “Qarabağ”ın arzularının zirvəsidir. Hər iki halda azarkeşlər uğursuzluğa düçar olacağımızı düşündülər. Lakin biz azarkeş deyilik, cəsarətlə mübarizə aparırıq. Mən də bu mübarizədə iştirak edirəm və komandama köməklik göstərirəm.

Yakub Jezniçak: "Formalarımı yığıb xeyriyyə hərraclarında satıram"
- Oyunlarda özünüzü necə hiss edirsiniz?
- Hər bir futbolçu dünyanın ən yaxşı oyunçularına qarşı çıxış etmək istəyir. Mən milli üzvü deyiləm deyə, bunun üçün yeganə şansım ÇL-dir. Avropa Liqasında Kriştianu Ronaldu, Qaret Beyl, Edin Ceko, Antuan Qrizmann və ya Eden Azar yoxdur. Onları televizorda izləmişdim. İndi isə meydanda üz-üzə gəlirəm. ÇL matçları yığma komandaların oyunlarında fərqlənir. “Real” və “Atletiko”ya qarşı təzyiq və stres yoxdur. Futbolçular görüşdən həzz alıralar. Hiss edirlər ki, dünyanın ən yaxşılarına qarşı oynayırlar.
- Kiminləsə futbolkanızı dəyişmisiniz?
- Bunu heç vaxt etməmişəm. Öz formalarımı yığıram. Daha sonra xeyriyyə hərraclarında satıb, əldə olunan vəsaiti bu yöndə istifadə edirəm. Karyeramı bitirdikdən sonra muzey açmağı planlaşdırmıram.
- ÇL matçları üçün Bakıdan hər yerə məsafə uzaqdır...
- Madridə 7 saata uçduq. Bazar günü axşam İspaniyada idik. Oyundan dərhal sonra da geri qayıtdıq. Səfər imkanlarımız əladır. Təyyarədə hər bir futboçu üçün 4 oturacaq ayrılır deyə, yatmaq da olar. Qayıdış daha üzücü olur. Lakin yaxşı nəticə ilə dönəndə adam yorulmur. Bu, psixoloji məqamdır.

Yakub Jezniçak: "Formalarımı yığıb xeyriyyə hərraclarında satıram"

- Harada yaxşı nəticə üçün daha çox təzyiq vardı: “Legiya”da, yoxsa “Qarabağ”da?

- Azərbaycanda harada və kimlə qarşılaşmağımızdan asılı olmayaraq, azarkeşlər hər zaman yaxşı nəticəyə ümid edirlər və çox inanıralar. Baş məşqçimiz Qurban Qurbanov gözüyumulu topu qabağa vurmağı xoşlamır. Rəqib imkan verəndə irəliyə getmək üçün özümüzə yol açmağa və ya nəsə tədbir görməyə çalışır. “Legiya”da böyük təzyiq və inam var idi. Lakin məğlubiyyətdən sonra heç kim başını itirmək istəmir.
- “Legiya”nı ən yaxşı vaxtda, yoxsa bir az gec tərk etdiyinizi düşürsüz?
- Gec olması heç vaxt ağlıma gəlməyib. Varşavada gözəl günlər keçirmişəm. Cari mövsümdən sonra düşündüm ki, vaxtında getmişəm. Bu barədə mənə çoxları deyib. Əlbəttə, bunu “Qarabağ” ÇL-in qrupuna düşəndən sonra söyləyiblər. Əvvəldən nə olacağı bilinmirdi. “Qarabağ”ın səviyyəli heyəti var. Bir çox futbolçular “Legia”da çıxış edəcək gücdədirlər.