​Azərbaycan Premyer Liqasının növbəti turunda prinsipial oyunlar keçiriləcək

​Azərbaycan Premyer Liqasının növbəti turunda prinsipial oyunlar keçiriləcək
14:17 6 Aprel 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
Bakının "Neftçi" klubu səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq. "Böyük oyun"da bakılılar turnir cədvəlinin 2-ci pilləsinə yüksəlmək uğrunda mübarizə aparacaqsa, "ağ-yaşıllar" yalnız əzəli rəqiblərinə məğlub olmamaq üçün meydana çıxacaq. 
Daha bir prinsipial görüş Qəbələdə baş tutacaq. Qəbələnin eyni adlı komandası Zaqatalanın "Simurq" klubu ilə münasibətlərinə Şimal-Qərb derbisində aydınlıq gətirəcək. Bu qarşılaşma hər iki əyalət təmsilçisi üçün böyük əhəmiyyət kəsb edir. Çünki qələbə qazanan tərəf turnir cədvəlinin 4-cü pilləsində qərarlaşacaq ki, bu da Avropa Liqası yolunda vacib addım deməkdir.
Ötən tur istirahət edən "Sumqayıt" isə bu dəfə "Bakı"nı qonaq edəcək. Çempionatda qalmaq uğrunda mübarizə aparan paytaxtın eyni adlı klubu səfərdən qələbə ilə dönməyə çalışacaq. "Gənclik şəhəri" təmsilçisi isə hazırkı mövqeyini qorumaq və xal fərqini artırmaq üçün qonaqlardan xal almalıdır.
Ağdamın "Qarabağ" klubu "Bakcell Arena"da Şüvəlan təmsilçisi AZAL-la üz-üzə gələcək. Turnir cədvəlinin hazırkı lideri "təyyarəçilər" üzərində qələbə qazanarsa, ən yaxın izləyicisi "İnter"lə xal fərqini artırmış olacaq. AZAL isə ən yaxşı halda turnir cədvəlindəki qonşusu "Simurq"la xal fərqini azalda biləcək.
9 aprel (cümə axşamı)
17:00. "Xəzər Lənkəran" – "Neftçi" (Bakı)
"Xəzər Lənkəran" mərkəzi stadionu
17:00. "Qarabağ" (Ağdam) – AZAL (Bakı)
Bakı. "Bakcell Arena"
17:00. "Sumqayıt" – "Bakı"
Sumqayıt. "Kapital Bank Arena"
19:00. "Qəbələ" – "Simurq" (Zaqatala)
Qəbələ şəhər stadionu
Qeyd edək ki, Bakının "İnter" klubu bu tur istirahət edəcək.
S Komandalar O Q B M T-F Xal 1. Qarabağ 25 16 6 3 40:21 54 2. İnter 25 12 11 2 40:12 47 3. Neftçi 25 13 6 6 30:18 45 4. Qəbələ 25 10 7 8 34:32 37 5. Simurq 25 10 5 10 35:27 35 6. AZAL 25 8 7 10 27:35 31 7. Xəzər L 25 7 5 13 30:38 26 8. Sumqayıt 24 4 7 13 23:36 19 9. Bakı 25 2 6 17 16:56 12

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-premyer-liqasi-eyalet-derbisi-ve-boyuk-oyun

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR