Görüş zamanı nazirlər BMT, ATƏT, QDİƏT və digər beynəlxalq qurumlar çərçivəsində iki ölkənin xarici siyasət sahəsində fəaliyyətinin koordinasiya olunması məsələlərini müzakirə edəcəklər. XİN mətbuat xidmətinin məlumatına görə, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə yanaşı Rusiyanın da fəal vasitəçi kimi çıxış etdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.
RF XİN-dən bildiriblər ki, Edvard Nalbandyanın Moskvaya səfər proqramında həmçinin Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüş də nəzərdə tutulub.