ANAMA tərəfindən cari ilin martında 1,886,457 kvadratmetr ərazi hərbi sursatdan təmizlənib

ANAMA tərəfindən cari ilin martında 1,886,457 kvadratmetr ərazi hərbi sursatdan təmizlənib
16:38 6 Aprel 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən cari ilin martında 1,886,457 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 77 ədəd partlamamış hərbi sursat, 4 ədəd tank əleyhinə və 8 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 117 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub.
Bu günədək cəmi 283,053,372 kvadratmetr ərazi təmizlənib, 689,960 ədəd mina və PHS-lər tapılıb zərərsizləşdirilib.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə şəhərində, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.
Cari ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ANAMA_terefinden_cari_ilin_martinda_1886457_kvadratmetr_erazi_herbi_sursatdan_temizlenib-843905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR