İtaliya millisi 2018-ci il dünya çempionatına vəsiqə qazanmaq üçün pley-offda İsveçi sıradan çıxarmalıdır. "Scuadra Azzurra"nın baş məşqçisi Campiero Ventura 10 və 13 noyabrda keçiriləcək oyunlar üçün komandanın heyətini artıq müəyyənləşdirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Valencia"nın hücumçusu Simone Zaza 2016-cı ilin noyabrından sonra yenidən milliyə dəvət alıb. Heyətə salınan futbolçular arasında "Napoli"nin 25 yaşlı yarımmüdafiəçisi Jorjinyo da var. İtaliya mətbuatı onun Braziliya millisində oynamağa razılıq verdiyini yazmışdı.
Qapıçılar: Canluici Buffon (Juventus), Mattia Perin (Genoa), Canluici Donnarumma (Milan)
Müdafiəçilər: Davide Astori (Fiorentina), Leonardo Spinazzola (Atalanta), Danilo D`Ambrozio (İnter), Matteo Darmian (Manchester United), Leonardo Bonuççi (Milan), Daniele Ruqani, Andra Bardzali, Corco Kyellini (Juventus), Davide Zappakosta (Chelsea)
Yarımmüdafiəçilər: Federiko Bernardeski (Juventus), Marko Parolo (Lazio), Jorjinyo (Napoli), Alessandro Florenzi, Daniele de Rossi (Roma), Marko Verratti (PSG), Antonio Kandreva, Roberto Qalyardini (İnter)
Hücumçular: Eder (İnter), Çiro İmmobile (Lazio), Andrea Belotti (Torino), Manolo Qabbyadini (Southampton), Stefan əl-Şaaravi (Roma), Lorenzo İnsinye (Napoli), Simone Zaza (Valencia).
Milli.Az