Britaniyanın “Inside the Games” portalı Avropa Oyunlarına bilet əldə edilməsi ilə bağlı informasiya yayıb

17:13 6 Aprel 2015
43 İdman
Ölkə mətbuatı
A- A+


London, 6 aprel, AZƏRTAC
Böyük Britaniyanın “Inside the Games” xəbər portalı Bakıda keçiriləcək birinci Avropa Oyunlarına biletlərin əldə edilməsi ilə bağlı informasiya yayıb.
İnformasiyada qeyd edilir ki, idman həvəskarlarının həsrətlə gözlədiyi oyunlara biletləri paytaxtın müxtəlif yerlərində təşkil olunmuş kabinələrdən əldə etmək olar. Martın 20-dən etibarən biletlərin onlayn satışı təmin edilib.
Diqqətə çatdırılır ki, Bakının müxtəlif yerlərində Avropa Oyunları ilə bağlı musiqili-əyləncəli nümayişlər keçirilir. İnformasiyada gənclər və idman naziri Azad Rəhimovun bilet satış məntəqələrinin yaradılmasının əhəmiyyəti ilə bağlı fikirlərinə də yer verilir.

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyanin_Inside_the_Games_portali_Avropa_Oyunlarina_bilet_elde_edilmesi_ile_bagli_informasiya_yayib-843927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR