Noyabrın 23-də Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera studiyasının səhnəsində "Dansons!" ("Rəqsə dəvət edirik") vokal musiqisi axşamı keçiriləcək.

Konsertdə əməkdar artistlər Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (mezzo-soprano), İlahə Sadıqzadə (piano) və Elina Əliyevanın (violin) ifasında dinləyəcilərə fransız, italyan və ispan bəstəkarların duetləri təqdim olunacaq. Əsərlərin əksəriyyəti Bakıda ilk dəfə səslənəcəq.

Konsert saat 19:00 başlanır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində