Marseldə Rizə müsibəti: Avtobusa hücum çəkdilər

Marseldə Rizə müsibəti: Avtobusa hücum çəkdilər
17:44 6 Aprel 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

 
Fransa çempionatının XXXI turunun “Marsel” – PSJ matçından öncə insident yaşanıb. Lent.az-ın məlumatına görə, 3:2 hesablı qələbə qazanan qonaq komanda oyunun startından əvvəl xoşagəlməz olayla üzləşib. 
 
Belə ki, oyunun keçirildiyi “Velodrom” stadionuna gələn PSJ futbolçuları rəqib azarkeşlərin hücumuna məruz qalıblar. Fanatlar qonaq komandanı gətirən avtobusu dağıdıcı alətlərlə “atəşə tutublar”. İnsident əsnasında avtobusun şüşələri sındırılıb. İnsident nəticəsində ölən olmasa da, komandanın üzvlərindən bəziləri xəsarət alıblar. PSJ rəhbərliyi məsələ ilə bağlı polisə şikayət edib. 
 
Hadisə yerinə gələn polis gözyaşardıcı qazla fanatları uzaqlaşdırıb. 
 
Qeyd edək ki, aprelin 4-də Türkiyədə buna oxşar hadisə baş vermişdi. “Fənərbaxça” klubunun avtobusu naməlum şəxslər tərəfindən güllələnmişdi.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR