"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitləri dövlət büdcəsindən də maliyyələşdiriləcək
Paylaş
113 baxış·1 dəq oxu
Bakı. 7 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları"na dəyişiklik barədə qərar qəbul edib. "Report"un məlumatına görə, qərarı baş nazir Artur Rasizadə imzalayıb. Dəyişikliyə əsasən, fondun vəsaitlərinin formalaşdırılması mənbələrinə dövlət büdcəsindən ayrılan vəsait də daxil edilib.