ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan müğənni Şəbnəm Tapdıq maraqlı açıqlamaları ilə yadda qalıb.
Milli.Az xəbər verir ki, heç zaman ailə qurmayan əməkdar artist veriliş zamanı qəfil "Mən nənəyəm. Mənim qəşəng oğlan nəvəm var" ifadəsini işlədib. Müğənni verilişin aparıcısı və studiyadakı digər şəxslərin ona zillənən gözlərini görüncə dərhal sözlərinə "Bacımın nəvəsi mənim də nəvəmdir. Biz doğmayıq" fikirlərini əlavə edib.
Aparıcı Elgiz Əkbər müğənninin ilk ifadələrindən çox təəccüb keçirdiyini "Mən şok oldum. Dedim, yəqin, ərə getmisiniz, uşaq dünyaya gətirmisiniz, bizim xəbərimiz yoxdur" sözləri ilə izah edib.
Şəbnəm Tapdıq aparıcının dediyi fikirlərə "Yox, mən xuliqan deyiləm" cavabını verib.
Məhəmməd Vaqif
Milli.Az