Taylandda sevgilisindən hamilə qalan qadın onu tək yaşadığı evin ayaqyolusunda doğub.
Milli.Az Metro-ya istinadla xəbər verir ki, qadın doğduğu uşağını 17-ci mərtəbədən yerə atıb.
Binanın 4-cü mərtəbəsində işləyən usta yuxarıdan iri cismin yerə düşdüyünü görüb. O, əvvəlcə onun oyuncaq olduğunu düşünüb, amma yaxınlaşanda şoka düşüb. Fəhlə polislərə xəbər verib. Hadisə yerinə gələn polislər bildirib ki, plastik qabın içərisində yerə atılan körpənin göbəyi də düzgün kəsilməyib.
Araşdırmadan sonra uşağını 17-ci mərtəbən atan valideyn Netchanok həbs edilib. Qadın cinayəti etiraf edib. O, ifadəsində bildirib ki, bu hərəkəti ailəli olan sevgilisi xanımına qayıtdığına görə belə edib.
Milli.Az fotoları təqdim edir:
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində