Özbəkistanda prezident seçkilərinin nəticələri rəsmən elan edilib

20:53 6 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+


Daşkənd, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Özbəkistan Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda komissiyanın sədri Mirzə-Uluqbek Abdusalamov martın 29-da Özbəkistanda keçirilən prezident seçkilərinin nəticələri haqqında məlumat verib.
Sədr deyib ki, prezident seçkilərində ölkədə fəaliyyət göstərən 4 siyasi partiyanın nümayəndələri iştirak edib. Seçkilərdə Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam Kərimov 17 milyon 122 min 597 seçicinin səsini qazanıb. Bu da 90.39 faiz deməkdir. Digər namizədlər - “Milli Dirçəliş” Demokratik Partiyasından Akmal Saidov 3.08, Özbəkistan Xalq-Demokratik Partiyasından Xotamjon Ketmanov 2.92 və “Ədalət” Sosial- Demokrat Partiyasından Narimon Umarov 2.05 faiz səs toplayıb.
İclasda Mərkəzi Seçki Komissiyası seçkilərdə ən çox səs toplamış Kərimov İslam Abduqəniyeviçin Özbəkistan Prezidenti seçilməsi haqqında qərarı təsdiq edib.
M.U.Abdusalamov bildirib ki, seçkiləri dünyanın 43 ölkəsindən və 5 beynəlxalq təşkilatdan 300-dək artıq müşahidəçi izləyib. Seçkilər şəffaf və demokratik şəraitdə keçib, qanun pozuntusu qeydə alınmayıb.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistanda_prezident_sechkilerinin_neticeleri_resmen_elan_edilib-844038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR