İtaliyanın voleybol üzrə kişilərdən ibarət komandasının “Bakı-2015” üçün ilkin heyəti açıqlanıb

İtaliyanın voleybol üzrə kişilərdən ibarət komandasının “Bakı-2015” üçün ilkin heyəti açıqlanıb
22:08 6 Aprel 2015
124 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
İtaliya voleybol komandasının məşqçisi Mauro Berruto Avropa Oyunları üçün komandasının ilkin heyətini elan edib.
AZƏRTAC xəbər verir ki, M.Berruto “Bakı-2015” yarışlarında çıxış edəcək İtaliyanın voleybol üzrə kişilərdən ibarət komandasına 22 oyunçudan ibarət heyət müəyyənləşdirib. Eyni zamanda, o, Avropa Oyunları ilə eyni vaxtda keçiriləcək Dünya Liqası yarışları üçün 25 nəfərdən ibarət ilkin heyəti də açıqlayıb.
M.Berruto deyib ki, qərar qəbul edən zaman hər bir oyunçunun iştirak etmək imkanı və milli komandada oynamaq istəyi nəzərə alınıb. Hər iki komandanın hazırlanmasında eyni prinsip əsas götürülüb. Bizim işimizin əsasında təkcə nəzəriyyə və fəlsəfə deyil, eyni zamanda, dəqiq texniki mülahizələr, aydın oyun üslubu dayanır.
M.Berruto bildirib ki, hər bir oyunçunun qarşısında duran çağırışları nəzərə almaqla hamımız birgə çalışacağıq. M.Beruttonun “Bakı-2015”ə gətirmək istədiyi oyunçuları təmsil edən klublara Milan, Verona və Peruja şəhərlərinin voleybol komandaları daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyanin_voleybol_uzre_kisilerden_ibaret_komandasinin_Baki_2015_uchun_ilkin_heyeti_achiqlanib-844084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR