Türkiyəli müğənni Halil Sezainin konsert verdiyi kafedə dava düşüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Samsunda çıxış edən ifaçı səhnədə olarkən iki qrup arasında mübahisə yaranıb. Mübahisə daha sonra bıçaqlı hücuma çevrilib. Nəticədə bir nəfər yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb, hücum edən şəxs isə tutulub.
Xatırladaq ki, daha əvvəl həmin kafedə Kerimcan da bıçaqlanmış, bu səbəbdən Gülşənlə Berkay konsertlərini təxirə salmışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində