“Rabitə” voleybol klubu Azərbaycan Super Liqası yarışlarının finalına yüksəlib

“Rabitə” voleybol klubu Azərbaycan Super Liqası yarışlarının finalına yüksəlib
10:33 7 Aprel 2015
59 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Voleybol Mərkəzində qadın voleybolçular arasında Super Liqa yarışlarının yarımfinal mərhələsinin ikinci oyunları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Lokomotiv” və “Azəryol” komandaları çıxıblar. Görüş “Azəryol”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda “Lokomotiv” eyni hesabla qalib gəldiyi üçün komandalar arasında üçüncü oyun təşkil olunacaq.
Günün ikinci görüşündə “Azərreyl” və “Rabitə” komandaları üz-üzə gəlib. İlk oyunda olduğu kimi ikinci görüşdə də rəqibinə 3:1 hesabı ilə qalib gələn “Rabitə” klubu Azərbaycan Super Liqası yarışlarının finalına yüksəlib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabite_voleybol_klubu_Azerbaycan_Super_Liqasi_yarislarinin_finalina_yukselib-844114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR