Novruz Məmmədov Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan danışdı

Novruz Məmmədov Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan danışdı
10:42 7 Aprel 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığı dəyərləndirib.

Trend-in məlumatına görə, “twitter” səhifəsində deyib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir.

PA rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir: "Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR