Azərbaycanda müstəntiq və polisi vurdular

Azərbaycanda müstəntiq və polisi vurdular
12:06 7 Aprel 2015
257 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə saat 23 radələrində Bərdə rayonunda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bərdədən Ağcabədiyə gedən yolda “VAZ-2107” markalı avtomobil 15 yaşlı oğlanı vurub.

Məlumat daxil olan kimi hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən yoldan ötən “VAZ-2107” markalı avtomobil yolda cəmləşmiş şəxslərə çırpılıb.

Qəza nəticəsində faktı araşdıran müstəntiq, polis kapitanı Zaur İsmayılov, post patrul xidmətinin əməkdaşı, serjant Müşfiq Sadıqov və mülki vətəndaş Zaur Sarıyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlardan Zaur İsmayılovun vəziyyəti daha ağır olduğu üçün onu Bakıya göndəriblər.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS: Ramil İbrahimov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR