"Dalni Vostok" balıqçı gəmisindən xilas olunanları Yujnı-Saxalinsk xəstəxanasına çatdırıblar

"Dalni Vostok" balıqçı gəmisindən xilas olunanları Yujnı-Saxalinsk xəstəxanasına çatdırıblar
12:07 7 Aprel 2015
186 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Oxot dənizində batan "Dalni Vostok" balıqçı gəmisindən olan dənizçilər Yujnı-Saxalinsk xəstəxanasına çatdırılıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, onlar burada tam müayinə olunurlar. 
Bu gün "Andromeda" və "Spravedlivı" gəmiləri sağ qalan dənizçilər və ölən ekipaj üzvlərinin cəsədlərini Korsakova gətirib.
"Bütün dənizçilərin vəziyyəti kafidir Rusiya və xarici vətəndaşlar xəstəxanaya çatdırıb və burada tam müayinədən keçirilir. Müayinənin nəticələrinə görə onların xəstəxanaya yerləşdirilməsi və ya mehmanxanaya göndərilməsi haqqında qərar qəbul ediləcək", - RF FHN Saxalinsk vilayəti üzrə idarənin nümayəndəsi bildirib.
Xəstəxanada müstəntiqlər dənizçiləri dindirir. Bir müddət əvvəl dənizçilərə FHN psixoloqlarının yardım göstərdiyi bildirilib. 
Xatırladaq ki, "Dalni Vostok" balıqçı gəmisi aprelin 2-nə keçən gecə Oxot dənizinin akvatoriyasında batıb. Göyərtəsində olan 132 balıqçıdan xilasedicilər 119 nəfəri sudan çıxarıb. Onlardan 56 nəfəri ölüb, qalanlarında ciddi donvurmalar müşahidə olub. Xilas olunanlar arasında 4 azərbaycanlı da var.  

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/dalni-vostok-baliqci-gemisinden-xilas-olunanlari-yujni-saxalinsk-xestexanasina-catdiriblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR