"Report" Hindistan KİV-inə istinadən xəbər verir, təqribən 40 yaşında olan şübhəli şəxs İstanbula uçmağa hazırlaşarkən saxlanılıb.
Gömrük işçiləri baxış zamanı qadında gömrük bəyannaməsində göstərilməyən, avro və Britaniya funt sterlinqi valyutasında olan 3,3 milyon rupi (50,5 min ABŞ dolları) aşkar edib.
Azərbaycanlı qadın həbs olunub.