20 yanvar dairəsi yenidən qurulur (FOTO)

20 yanvar dairəsi yenidən qurulur (FOTO)
12:36 7 Aprel 2015
82 Sosial
Ölkə mətbuatı
A- A+

Paytaxtın 20 yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən ANS PRESS-ə verilən məlumata görə, təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib.

Bundan başqa, yolun mərmər səki daşları quraşdırılıb.

Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür.

Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib.

Bundan əlavə, 3-cü mkr dairəsindən 20 yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=336372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR