Bu gün ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonaqları sırasında gənc ifaçı Əhməd Mustafayev də olub.

Milli.Az xəbər verir ki, verilişdə ekspert qismində əyləşən Əli Mirəliyevinefirə dizi süzülmüş şalvarla çıxan Əhmədə tərs-tərs baxması obyektivlərdən yayınmayıb. Bu baxışları verilişin aparıcısı Elgiz Əkbər də hiss edib.

Elgizin məsələyə müdaxiləsi sonrası aparıcı ilə ekspert arasında qısa dialoq yaranıb:

Elgiz: "Əli müəllim yaman baxır, Əhməd, sənə".

Əli Mirəliyev: "Gizlət onu (Əli Mirəliyev Əhmədə səsin ucaldır)"

Elgiz: "Yox, elə eləmə. Əli müəllim, mən həmişə xahiş etmişəm sizdən, indi də çox xahiş edirəm, mən sabah cavanlara dəstək olmaq üçün belə geyinib, gəlib oturacam burada".

Əli Mirəliyev: "Sən onu edə bilməzsən. Sən sabah efirə cırıq şalvarla çıxanda, o biri "vabşe" lüt çıxar ki. Onda el bizə nə deyər?"

Məhəmməd Vaqif
Milli.Az