“Azercell”-in tarif paketlərində zənglərə saniyəlik interval tətbiq olunur

13:43 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 30-dan etibarən “Azercell” “Simsim” fakturasız xəttinin “Gəncsim”, “Bizimkilər”, “Hər yerə”, “Bölgə”, “Tələbə birliyi” və “Gənc ol” tarif paketləri üzrə zənglərin hesablama intervalı 20 saniyədən 30 saniyəyə qədər artırılacaq. Bundan başqa, 30 saniyəlik interval beynəlxalq zənglərə də şamil olunacaq.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 1-dən etibarən, “Hədsiz”, “Bizimkilər”, “Hər yerə” və “Biznes200” tarif paketlərində zənglər 15 saniyəlik intervalla hesablanacaq. Hazırda sözügedən tarif paketlərində zənglərə bir saniyəlik interval tətbiq olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercell_in_tarif_paketlerinde_zenglere_saniyelik_interval_tetbiq_olunur-844205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR