Belarus futbolu deyiləndə ağıla ilk onun adı gəlir. Karyerası ərzində "Arsenal", "Barselona" kimi klubların formasını geyinən Aleksandr Qlebin uşaqlığı və atası ilə bağlı söylədikləri diqqət çəkib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qlebin uşaqlığı Çernobıl fəlakətinin kölgəsində keçib. Atası radiasiya səbəbi ilə yaşanmaz halda olan evlərin dağılmasında könüllü kimi işləməyə məcbur edilmiş, daha sonra elə orda aldığı radiasiya ölümünə səbəb olmuşdu...

Haqqında mahnı yazılan futbolçu: "Atamı zorla Çernobıla göndərdilər"

Həmin vaxt "dağıdıcılar" adlanan məcburi könüllülərin sayı 200 mindən artıq idi. Hamısı da yüksək radiasiyaya məruz qaldılar...

"Atamın davamlı olaraq boğazı ağrıyırdı. Sonra görmə qabiliyyəti azaldı, imuniteti zəiflədi".

Haqqında mahnı yazılan futbolçu: "Atamı zorla Çernobıla göndərdilər"

"Bate Borisov" onu kəşf edənə qədər cırıq botlarla Minskdə beton üzərində futbol oynayırdı. O və digər uşaqlar qar yağsın deyə dua edirdilər. Qarın üzərinə yıxılanda daha az əzilirdilər. Betonun qurbanı olan bir çox uşaq xəsarət alaraq futbol xəyallarından vaz keçməli olmuşdu. Balaca boy və cansız olduğu üçün yıxılmaların çox da təsir etmədiyi Qleb futbola davam etdi.

Haqqında mahnı yazılan futbolçu: "Atamı zorla Çernobıla göndərdilər"

Aleksandr tək Çernobıla deyil, Sovetlər Birliyinin dağılmasına da şahid olmuşdu. Həmin günləri belə xatırlayır:

"Qərbdən çox şey gətirilməyə başlamışdı. Atam videoçəkən aparat gətirmişdi evə. Mağazlarda çox məhsullar tapılmırdı".

Aleksandrın anası mühəndis idi. Sovet ölkələri üçün bu adi hal idi.

Haqqında mahnı yazılan futbolçu: "Atamı zorla Çernobıla göndərdilər"

Bütün diqqətini futbola verən Qleb özünü əvvəlcə "Bate Borisov"da, sonra "Arsenal"da tapdı. "Topçular"ın azarkeşlərinin sevgisini qazandı, onun üçün mahnılar yazıldı...

Haqqında mahnı yazılan futbolçu: "Atamı zorla Çernobıla göndərdilər"

"Barselona"da günləri o qədər də xoş keçmədi. Qvardiola ilə ulduzu barışmadı. Daha sonra Türkiyəyə yollanıb "Konyaspor", "Gənclərbirliyi" klublarının formalarını geyindi. Karyerasını Rusiyanın "Samara" klubunda yekunlaşdırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində