“Report” rəsmi qəzetə istinadən xəbər verir ki, kotirovka təklifləri Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,72, M5 nömrəli ünvanda yerləşən “Azərkosmos” ASC-yə noyabrın 21-i saat 18:00-a qədər təqdim olunmalıdır.
Təkliflər paketi noyabrın 22-də saat 12:00-da qeyd olunan ünvanda açılacaq. Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən iddiaçı şirkətlər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər (əlaqə nömrəsi - (+994 12) 565 00 55).