“Microsoft” şirkəti “Eurovision-2015” Mahnı Müsabiqəsinin texnoloji tərəfdaşıdır

“Microsoft” şirkəti “Eurovision-2015” Mahnı Müsabiqəsinin texnoloji tərəfdaşıdır
17:13 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
“Microsoft” şirkəti “Eurovision-2015” mahnı müsabiqəsinin texnoloji tərəfdaşı olduğunu bəyan edib.
AZƏRTAC mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, “Eurovision” yarışmasının icraçı rəhbəri Yan Ola Sand şirkətin köməyi sayəsində müsabiqənin “mobile app” versiyasını daha yüksəyə, hətta “Windows Phone” səviyyəsinə qaldıra biləcəklərini deyib.
Texnoloji tərəfdaş kimi “Microsoft” şirkəti yeni “Eurovision Song Contest app” əlavəsinin inkişaf etdirilməsində, habelə müsabiqə obyektlərində texniki baxımdan dəstəyi təmin edəcək və bütün könüllüləri smartfonla təmin edəcək.
“Microsoft Austria”nın baş meneceri Georq Obermeier isə bildirib ki, belə tərəfdaşlıq şirkətin innovasiyalarının və texnologiyalarının mobil əlaqə, məlumat mübadiləsi yaradılmasında necə işlədiyini göstərməyə imkan yaradacaq.
“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Microsoft_sirketi_Eurovision_2015_Mahni_Musabiqesinin_texnoloji_terefdasidir-844288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR