Ramzan Kadırov bələdiyyə sədrini süpürgəçi etdi: "Sən nə şərəfsiz adamsan?!" - VİDEO

Ramzan Kadırov bələdiyyə sədrini süpürgəçi etdi: "Sən nə şərəfsiz adamsan?!" - VİDEO
17:47 9 Yanvar 2015
286 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov Qudermes rayonunun sabiq bələdiyyə başçısı, sonradan Oktyabr rayonunun prefekti təyin edilmiş Əhməd Abbasovu yanına çağıraraq onu rüsvay edib.
 
Çeçenistanda falçılara qarşı rəsmi qaydada mübarizə aparılır və bu respublikada fala baxmaq cinayət sayılır. Naur rayonunda polis reydi zamanı tutulan Olqa adlı rus falçı qadının evində axtarış aparılarkən Ramzan Kadırovun fotosu tapılıb.
Falçı ona mədəniyyət və ya təhsil naziri postunu "vəd edibmiş".
Kadırov bu fotonun falçının evində tapılmasının səbəbini soruşanda Əhməd Abbasov deyib: "Vallah, Ramzan, sənə yalan danışmıram! Falçıya qızımın işi ilə bağlı getmişdim. Ondan qızımın işə düzəlməsində yardımçı olmasını istəyirdim".
 
Ramzan Kadırov bu sözləri eşidəndə sinirlənib.
"Sən nə vicdansız, yalançı, şərəfsiz adamsan! Sənin bivec, mənliksiz adam olduğunu bildiyim üçün işdən qovdum. Sən də falçı yanına gedib fotomu ona veribsən, "bəxtini açmaq" istəyibsən. Bundan sonra sənə müsəlman, kişi demək olarmı?! Olmaz! Sən rüşvət üstündə qovulubsan, indi falla, cadu-piti ilə mənim "gözlərimi bağlamaq" istəyirsən?! Fal kömək etməz insana. İşlə, çalış. Falçılıq İslamda günahdır, haramdır", - Çeçenistan Prezidenti deyib.
 
Daha sonra o, sabiq məmuru "müalicə olunmaq" üçün Qroznı şəhərindəki klinikalardan birinə süpürgəçi "təyin" edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR