Nigeriyanın şimalında Adamava ştatında silahlı hücum baş verib.

Metbuat.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hücum nəticəsində azı 30 qadın və uşaq həlak olub.

Məlumata əsasən, hücum Adamava ştatında üstünlük təşkil edən Baçama etnik qrupunun nümayəndələri tərəfindən törədilib.