Play Store

Bakının bu rayonunda qaz olmayacaq - SƏBƏB

Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Metbuat.az-a verilən xəbərə görə, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Babək prospekti, Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Bu gün qar yağacaq - Hava proqnozu - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR