"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Süleymanova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Q.Süleymanov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduqluz, külli miqdarda törəldildikdə) maddəsi ilə itiham edilib.
O, iki nəfər şəxsə qarşı ümumilikdə 130 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinib. Məhkəmə istintaqı dövründə Q.Süleymanov zərərin bir hissəsini geri qaytarıb.