“Ağ babanın nağılı” tamaşanın premyerası olacaq

“Ağ babanın nağılı” tamaşanın premyerası olacaq
18:13 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə əsərinə ictimai baxış olub. Məşhur Azərbaycan xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən tamaşa “Ağ babanın nağılı” adlanır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşası özünün maraqlı mövzu və ideyası ilə seçilir.
Uşaqlara dürüstlük, mübarizlik və sədaqət kimi ali insani dəyərlər aşılayan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar artisti Anar Hüseynlidir.
Ağlın əhəmiyyətindən, güc tətbiqindən öncə ağılın qələbəsindən danışan tamaşada humanizm və məntiqin vacibliyi ana xətt təşkil edir.
Komik hadisələr fonunda cərəyan edən hadisələr sonda ağlın güc üzərində qələbəsi ilə nəticələnir. Uşaqlara xoş anlar vəd edən yeni səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları, əməkdar artist Rəhman Rəhimov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli canlandırıblar.
Ağlın güc üzərində qələbəsinin komik hadisələr fonunda göstərildiyi tamaşanın premyerası aprelin ortalarında baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ag_babanin_nagili_tamasanin_premyerasi_olacaq-844318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR