"Səhrada məhəbbət" serialının MİKAYELASI haqqında BİLMƏDİKLƏRİNİZ - FOTO

"Səhrada məhəbbət" serialının MİKAYELASI haqqında BİLMƏDİKLƏRİNİZ - FOTO
22:47 22 Noyabr 2017
226 Şou
Ölkə mətbuatı
A- A+

Yəqin ki, "Aqustin, məhəbbətim mənim" ifadəsi 2003-cü ildə ANS-də yayımlanarkən bütün ölkənin dəlisi olduğu "Səhrada məhəbbət" serialından yadınızdadır. Ekran işində mənfi qəhrəman obrazı - Mikayelanı isə kolumbiyalı aktrisa Ketrin Siaçok oynamışdı. Bundan sonra bir neçə mənfi obraz oynasa da, o, insanların yadında məhz, Mikayela Fernandez olaraq qalıb.

Milli.Az aktrisanın həyatı barədə bilmədiklərinizi sizə təqdim edir.

Ketrin Siaçok 21 yanvar 1972-ci ildə Kolumbiyanın Baqota bölgəsində Feliks Siaçok və Blanka Geytin ailəsində Aleksanda Ketrin Siaçok Qeyt olaraq dünyaya gəlib.
1994-cü ildə ilk dəfə "Mambo" teleserialına çəkilib. 1996-cı ildə "Lous Juanas" adlı ekran işində hazırki həyat yoldaşı kolumbiyalı aktyor və rejissor Migel Varoni ilə tanış olur. Onlar 1999-cu ildə ailə qurublar.

Cütlük 18 ildir evli olmaqlarına baxmayaraq, hələ də övladları yoxdur. Migel Varoni dərgilərin birinə verdiyi müsahibədə valideyn olmaq istəmədiklərini deyərək belə açıqlama verib:
"Bizim üçün valideyn olmaq elə də vacib deyil. Bir-birimizi sevirik, münasibətlərimiz də ilk günkü kimidir. Məncə, bir cütlük övlad sahibi olmaq istəmirsə, onların fikrinə hörmətlə yanaşmaq lazımdır. Bundan başqa mən ata olmağı həyatım üçün öncəlik olaraq görmürəm. Bəlkə də atamı erkən yaşda itirdiyim üçün bu hissləri yaşayıram. Amma istənilən halda bu dünyadakı valideynlərin hamısı qəhrəmanlardır, onları alqışlayıram və qarşılarında baş əyirəm".

Ketrin isə builki evlilik ildönümlərini qeyd edərkən sosial media hesabında ərini çox sevdiyini yazıb:
"21 ildir həyatımda olan bu möhtəşəm insana görə Allaha şükür edirəm. Biz həmin günü kilsədə Allahdan öncə bir-birimizə hə dedik".

İspan mediasının diqqət mərkəzində olan cütlük sosial media hesablarındakı fotoları ilə də xoşbəxt həyat yaşadıqlarını bir daha sübut edirlər.
"18 ildir evliyik, ancaq bundan 18 il sonra da mən həyat yoldaşımı elə ilk günkü kimi saf və təmiz sevəcəm" - deyə Migel eşqini tez-tez sosial şəbəkədə etiraf edir.

Xatırladaq ki, Ketrin Siaçok "Səhrada məhəbbət" serialından sonra "Qisas" adlı teleserialda rol alıb. Həmin ekran işi də 2003-cü ildə ANS-in efirində yayımlanırdı. Hər zaman mənfi obrazları məharətlə yaradan aktrisanın dünya çapında izləyiciləri və sevənləri var. Onun həyat yoldaşı Migel Varoni isə tamaşaçılara bir çox Kolumbiya seriallarından tanışdır.

Qeyd edək ki, cütlük hazırda işlə bağlı olaraq ayrı-ayrı şəhərlərdə yaşayır. Ketrin Kolumbiyada, Migel isə Mayamidədir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/seriallar/601689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR