Türkiyə və İran nümayəndələri arasında İNSİDENT - Prezidentlərin görüşü ləngidi

Türkiyə və İran nümayəndələri arasında İNSİDENT - Prezidentlərin görüşü ləngidi
10:52 23 Noyabr 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Soçi şəhərində Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasındakı görüşə qədər Türkiyə və İran nümayəndə heyətləri arasında insident yaşanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İran nümayəndə heyəti, o cümlədən İran İslam Respublikası Prezidentinin mühafizəsi təyin edilmiş vaxtdan tez gələn Türkiyə nümayəndə heyətini görüşün keçiriləcəyi zaldan çıxartmağa çalışıb.

Türkiyə nümayəndə heyəti isə görüş yerini tərk etməyib və protokola əsasən, dövlət başçılarının gəlişinədək zala daxil olmaq haqlarının olduğunu bildirib.

İnsidentə görə, prezidentlərin görüşü təqribən 10 dəqiqə ləngiyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/601849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR