Fransada tətilə görə təyyarə uçuşlarının 40 faizi ləğv olunub

Fransada tətilə görə təyyarə uçuşlarının 40 faizi ləğv olunub
18:58 7 Aprel 2015
34 İdman
Ölkə mətbuatı
A- A+


Paris, 7 aprel, AZƏRTAC
Fransanın hava limanlarında çalışan işçiləri öz ətrafında birləşdirən həmkarlar təşkilatlarının çağırışı ilə təyyarələrin enmə və qalxmasını təmin edən yol göstəriciləri aprelin 7-də və 8-də iki günlük tətilə çıxıblar. Onlar müdiriyyət qarşısında əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələblərini irəli sürüb, əks halda tətili uzun müddət davam etdirəcəklərini bildiriblər.
Fransa Mülki Aviasiya Baş İdarəsi hava yolları şirkətlərinin rəhbərlərini tətilə görə təyyarə uçuşlarının 40 faizinin ləğv olunduğu barədə xəbərdarlıq edib.

Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransada_tetile_gore_teyyare_uchuslarinin_40_faizi_legv_olunub-844344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR