Fanatlar Poqbanı "Barselona"da görmək istəyir

Fanatlar Poqbanı "Barselona"da görmək istəyir
19:01 7 Aprel 2015
44 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” klubu azarkeşlər arasında növbəti mövsüm komandada hansı futbolçunu görmək istəyi ilə bağlı sorğu keçirib.

ANS PRESS-in məlumatına görə, sorğuda fəal iştirak edən kataloniyalı fanatlar yeni mövsüm “Barselona”da daha çox hansı futbolçunu görmək istədiyini səsvermədə bildirib. Respondentlərin 51%-i “Yuventus”dan Pol Poqbanı, 20%-i “Atletiko”dan Kokeni və 13%-i, Dortmund “Borussiya”sından Marko Royesi komanda da görmək istəyir.

Bundan başqa azarkeşlər “Barselona”nın cari mövsüm hansi titullara sahib çıxacağına da münasibət bildirib.

Belə ki, kataloniyalı fanatların 88%-i cari mövsüm “Barselona”nın çempion olacağına, 34%-i bütün titulları qazanacağına və 49%-i isə iki turnirin qalibi olacağına ümid edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=336464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR