İŞİD terror təşkilatı ilə əlaqəli olan qruplaşmalardan biri Milad bayramı ərəfəsində Vatikanda terror aktı törətmək planları barədə xəbər yayıb.

Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, qruplaşma Vatikanda Müqəddəs Pyotr kilsəsinə yaxınlaşan avtomobilin əks olunduğu plakat yayımlayıb.

Bundan başqa, Roma papası I Fransiskin başsız bədəninin əks olunduğu plakat da nümayiş etdirib.

Hazırda bu təhdidlə bağlı araşdırmalar aparılır.

Milli.Az