Bakı çempionatına start verildi

Bakı çempionatına start verildi
18:05 23 Noyabr 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə kişi və qadınlar arasında Bakı çempionatına start verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 24 klubdan 219 kişi və 23 qadın medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günü qadınların yarışında bütün çəki dərəcələrində (48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq) qaliblər müəyyənləşəcək.

Kişilərin mübarizəsində isə 60 kq və 66 kq çəki dərəcələrində mübarizə gedəcək. 
Qeyd edək ki, ilk yarış günündə ümumilikdə 121 cüdoçu (98 kişi və 23 qadın) tatami üzərinə çıxır. ACF, Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə keçirilən paytaxt çempionatına noyabrın 24-də yekun vurulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/602003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR