Lal-kar ayaqqabı ustaları: Şalvarı doğrayıb ayaqqabı tikirlər - VİDEO

Lal-kar ayaqqabı ustaları: Şalvarı doğrayıb ayaqqabı tikirlər - VİDEO
21:12 23 Noyabr 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Həm kar, həm də lal olan Mingəçevir sakinləri qeyri-adi ayaqqabı tikməklə diqqət çəkirlər. Sənətkarlar köhnə şalvarlardan və istifadə olunmayan ayaqabılardan yeni formada ayaqqabı düzəldirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şalvarı kəsib doğrayaraq ayaqqabı tikirlər. Köhnə, istifadəsiz gödəkçələr bu ustalar üçün xammal hesab olunur.
Mingəçevirdə yaşayan, iki gənc digər ustalardan fərqlənir. Onlar istifadə olunmayan şalvar, gödəkçə və digər parçalardan fərqli görünüşü olan ayaqqabılar hazırlayırlar. Maraqlı məqam ondan ibarətdir ki, hər iki şəxs nə danışa, nə də eşidə bilir. Elə bu materiallardanayaqqabı hazırlamaq da öz beyinlərinin məhsuludur.
Anadagəlmə lal-kar olan Mehdi Məmmədov və Nurlan Abbasovun əl işlərinə Mingəçevirdə maraq böyükdür. Yerli sakinlər onların hazırladıqları ayaqqabların sərfəli və keyfiyyətli olduğunu deyirlər. sənətkarlar istifadə müddətini başa vuran ayaqqabları təmir də edirlər.
Onlar 10 ilə yaxındır ki, bu peşə ilə məşğul olurlar. Qeyd edək ki,hazırda Mingəçevirdə 319 nəfər lal-kar qeydiyyatdadır ki, onlar arasında da müxtəlif peşə sahibləri var.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/602082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR