Bakıda keçirilən "Qarabağ" - "Çelsi" oyunundakı xareoqrafiyanın hazırlanmasında Türkiyənin "Fənərbağça" klubununda "əli" var imiş.

Milli.Az xəbər verir ki, açılan xareoqrafiyada ingiliscə "Şərəfli "Qarabağ" Evindən uzaqda, amma aid olduğun yerdə" sözləri yazılmışdı.

"Qarabağ"ın xoreoqrafiyasında "Fənərbağça" "əli" və "Qurban Qurbanov" stadionu - VİDEO - FOTO

Hüriyyet-də verilən xəbərə görə, "Qarabağ"a bu xareoqrafiyanın hazırlanmasında Türkiyənin "Fənərbağça" klubunun azərkeş qrupu "1907 UNİFEB" kömək edib.

"Qarabağ"ın xoreoqrafiyasında "Fənərbağça" "əli" və "Qurban Qurbanov" stadionu - VİDEO - FOTO

Komandamızın azarkeşlərinin "Atletiko Madrid" ilə matçda hazırladığı xareoqrafiya gündəm olmuşdu. Həmin vaxt bir qrup insan A4 kağızlara "Qarabağ" yazmışdı. Lakin fanatların bu əməli bəzi insanlar tərəfində ələ salınmışdı. Onlara dəstək kimi "Qalatasaray" və digər klublar "Qarabağ" azarkeşlərinə eyni xoreoqrafiyanı etməklə dəstək olmuşdu.

"Qarabağ"ın xoreoqrafiyasında "Fənərbağça" "əli" və "Qurban Qurbanov" stadionu - VİDEO - FOTO"Qarabağ"ın xoreoqrafiyasında "Fənərbağça" "əli" və "Qurban Qurbanov" stadionu - VİDEO - FOTO"Qarabağ"ın xoreoqrafiyasında "Fənərbağça" "əli" və "Qurban Qurbanov" stadionu - VİDEO - FOTO

Yaranmış vəziyyət "Qarabağ" rəsmilərini də narahat edirdi. Bu səbəbdən klubumuzun idarə heyətində yer alan "Fənərbağça" Konqres üzvlərinin göstərdiyi səylə Asif Əsgərov öncə İstanbul klubu ilə, daha sonra isə 1907 UNİFEBlə əlaqəyə keçdi.

Keçmişdə yaratdıqları oreoqrafiyaları ilə tanınan "sarı-lacivərdlilər"in azarkeş qrupu "Qarabağ"a əllərindən gələn hər bir köməyi edəcəyini bildirib. Günlərlə gedən telefon danışıqlarından sonra 1907 UNİFEB üzvlərindən Emir Akkaya, Esat Çoşkun, Berke Özboyacı, Nazmi Akça, Barış Sülün və Burak Hamzalı Bakıya gələrək klubumuzun qonağı olublar. Və nəticədə, iki dövlət tək millət şüarı daşıyan bir xareoqrafiya ortaya çıxıb.

Qeyd edək ki, Hürriyət-də yer alan xəbərdə daha bir səhv olub. Qəzet "Bakı Olimpiya Stadionu"nun adını "Qurban Qurban Stadion"u kimi qeyd edib.

"Qarabağ"ın xoreoqrafiyasında "Fənərbağça" "əli" və "Qurban Qurbanov" stadionu - VİDEO - FOTOAdil Nəcəfov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qarabağ"ın xoreoqrafiyasında "Fənərbağça" "əli" və "Qurban Qurbanov" stadionu - VİDEO - FOTOStadionu coşduran uşaq:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində