Azərbaycanda tütün istehsaçılarına xeyriyyəçiliklə məşğul olmaqla bağlı qoyulan qadağa götürülür

Azərbaycanda tütün istehsaçılarına xeyriyyəçiliklə məşğul olmaqla bağlı qoyulan qadağa götürülür
16:02 24 Noyabr 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda tütün istehsaçıları xeyriyyəçiliklə məşğul ola biləcəklər.
“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisdə hazırlanan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində düzəlişlər edilib.
Belə ki, Milli Məclisdə ikinci oxunuşda qəbul edilən qanun layihəsində “sponsorluq” və “xeyriyyəçilik” anlayışları eynililəşdirilirdi.
Parlamentdə üçüncü oxunuşa hazırlanan qanun layihəsinə bununla bağlı düzəlişlər edilib. Belə ki, tütün şirkətlərinin əvəzsiz xeyriyyəçilik fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/azerbaycanda-tutun-istehsacilarina-xeyriyyecilikle-mesgul-olmaqla-bagli-qoyulan-qadaga-goturulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR