"Anortosis"də top qovan azərbaycanlı futbolçu Araz Abdullayev Kipr çempionatının 13-cü turu çərçivəsində AEL-lə ev oyununda (1:1) komandasının yeganə qolunu vurub.

Publika.az xəbər verir ki, bu, millimizin üzvünün Kipr çempionatında vurduğu ilk qoldu. Araz bu klubun heyətində daha öncə yoxlama oyunlarında bir neçə dəfə fərqlənsə də, rəsmi matçda ilk qolunu vurub.

Həmin matçdan hazırlanmış videoicmalı təqdim edirik: