Bakı. 26 noyabr. REPORT.AZ/ Tbilisidə uşaqlar arasında "Avroviziya" mahnı müsabiqəsinə yekun vurulub.
"Report" xəbər verir ki, finalda Rusiyanı təmsil edən Polina Boquseviç hamıdan çox xal toplayaraq müsabiqənin qalibi olub.
14 yaşlı Boquseviçin "Krılya" (Qanadlar) mahnısı toplam 188 xal yığıb.
Tbilisi Olimpiya Sarayında keçirilən yarışda 16 ölkə təmsil olunub.