Türkiyədə AKP-dən deputatlığa namizəd ola bilməyən iş adamı intihar edib

Türkiyədə AKP-dən deputatlığa namizəd ola bilməyən iş adamı intihar edib
09:07 8 Aprel 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 10:02 ]

Bakı-APA. Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində namizəd ola bilməyən iş adamı intihar edib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə “Rixos Ankara” otelində qeydə alınıb. Tanınmış iş adamı Cəlal Ayrançı hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyinin irəli sürülməsi üçün sənədlərini təqdim edib. Partiyanın dünən açıqlanan siyahısında adının olmadığını görən Cəlal Ayrançı tapança ilə başından atəş açaraq, özünü öldürüb.

 

Hadisə ilə bağlı açıqlama verən nazir Cevdet Yılmaz faktla bağlı araşdırma aparıldığını deyib. Nazir hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı fikir söyləməyin tez olduğunu vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR