Bakı. 30 noyabr. REPORT.AZ/ Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu yaşadığı evə daxil olmaq istəyərkən ona naməlum şəxs yaxınlaşaraq mobil telefonunu tələb edib.
E.Qəhrəmanov ona yox cavabı verdikdə, naməlum şəxs E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Növbətçi cərrah Bəhram Zeynalovun "Report"a verdiyi məlumata görə, yaralı əməliyyat edilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb
Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb
Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb