Dilarə Əliyeva: "Yanıma gələn insandan o 100 manatı almaq üçün çox oyunlar qururam"

Dilarə Əliyeva: "Yanıma gələn insandan o 100 manatı almaq üçün çox oyunlar qururam"
11:27 8 Aprel 2015
453 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Dilarə Əliyeva rol aldığı “100 kağız” filminin qala-gecəsinə qatılıb
Milli.Az xəbər verir ki, qafqazinfo-nun əməkdaşı ilə söhbətində aktrisa filmdə canlandırdığı cadugər obrazından danışıb:

"Falçı, cadugər, yalançı bir qadın obrazını canlandırıram. Filmdə söhbət 100  manatdan gedir, əskinas cürbəcür insanların əlinə keçir. Yanıma gələn insandan o 100 manatı almaq üçün çox oyunlar qururam. Film satira vasitəsilə insanlara mesaj ötürür. Hər kəs bu ekran işi vasitəsilə öz mesajını alacaq.  Mən isə falçı obrazı vasitəsilə falçılara inanan şəxslərə aldanmamaqları barədə mesaj göndərirəm".

Dilarə Əliyeva  "Falçı yanında olmusunuz?" sualını da cavalandırıb:

"Heç vaxt fala baxdırmamışam, falçı yanına getməmişəm. Bunu etmiş olsaydım, deyərdim ki, cahil vaxtlarımda falçıya üz tutmuşam. Ömrümdə bir dəfə 17 yaşımda qulaq falına çıxmışam".

Aktrisa yeni çəkilən komediya filmlərindən də söhbət açıb:

““Xoxan”ı, “Ay brilliant”ı izləmişəm. “Xoxan”da çox güldüm, “Ay brilliant”da da güldüyüm məqamlar oldu. Yeni çəkilən filmləri bəyənmədiyimi deyə bilmərəm. Hamımız bu cameənin içindəyik. Əgər aktyorun, rejissorun işini bəyənməsəm, deyərdim.  Filmlərin çəkilmə vəziyyətini, büdcəsini bilirəm. Bütün bu işlər relsə düşəndən sonra kimisə qınamaq olar. Çatışmazlıq bütün filmlərdə var. Filmlərimiz yeni-yeni çəkilməyə başlayır. Tənqidi kənara qoyub,  tərifə layiq olan məqamları göstərsək, bu sahə inkişaf edər”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR