Ərəb nazirin neft proqnozu

Ərəb nazirin neft proqnozu
11:36 8 Aprel 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının yaxın gələcəkdə "qara qızıl"ın istehsal həcmini azaltmaq barədə heç bir planı yoxdur.

ANS PRESS-in məlumatına görə, bunu ölkənin neft və mineral ehtiyatlar naziri Əli bin İbrahim ən-Nəimi bildirib.

O deyib ki, bu ilin martında Səudiyyə Ərəbistanı gündəlik neft istehsalını 10,3 milyon barelə çatdırıb. Bu, 2002-ci ildən bəri ən yüksək göstəricidir.

Dünya bazarında neftin qiymətinin dəyişməsinə münasibət bildirən nazir vurğulayıb ki, neftin qiymətini yalnız zamanla sabitləşdirmək mümkün olacaq. Səudiyyə Ərəbistanı yaxın gələcəkdə neft hasilatının həcmini azaltmağı planlaşdırmır.

Xatırladaq ki, kral Salman Bin Əbdul Əziz əl Səud mart ayında neftin qiymətinin düşməsinə baxmayaraq, ölkəsinin neft və qaz yataqlarının istismarına davam edəcəyini söyləyib: "Səudiyyə Ərəbistanı iqtisadiyyatının əsasını müxtəlif mənbələrdən gələn gəlirlər təşkil edir."

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=336583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR