Səudiyyə Ərəbistanının dediyi və elədiyi: neftin qiyməti yenidən düşdü

Səudiyyə Ərəbistanının dediyi və elədiyi: neftin qiyməti yenidən düşdü
11:05 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının neft hasilatı üzrə mart ayına olan statistikası açıqlanandan sonra dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayıb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Şimal dənizinin Brent qarışıq neftinin may fyuçersi 1,4 faiz - bir bareli 58,27 ABŞ dollarına enib.

WTI neftinin may fyuçersində isə 1,93 faiz eniş (bir barel 52,94 ABŞ dolları) müşahidə olunub.

Bundan əvvəl bildirilmişdi ki, Səudiyyə Ərəbistanı sutkada 10,3 milyon barel neft hasil edir. Krallığın neft naziri Əli əl-Naimi bəyan edib ki, yaxın gələcəkdə hasilata təxminən gündə 10 milyon barel həcmində davam edəcəklər.

“Bu təklifi kompensasiya etmək üçün, tələbatın qalxmasını görmək istəyirik. Hazırda bazarda neft bolluğu var”, - deyə nazir əlavə edib.

Milli.Az

Uyğun link: 

Səudiyyə Ərəbistanı neftin qiymətini artırır


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR