Qətər və İngiltərə hava qüvvələri ortaq hərbi təlimlər keçirib.
Publika.az xəbər verir ki, təlimlər paytaxt Dohada təşkil edilib.
Qətərin Müdafiə Nazirliyinə bağlı Mənəvi Rəhbərlik Müdirliyindən verilən açıqlamada 5 gün davam edəcək təlimlərin Kral Hava Qüvvələriniə aid “Typhoon” tipli savaş təyyarələrinin ilk dəfə burada sınaqdan keçirildiyi bildirilib.
100-dən çox əsgərin iştirak etdiyi təlimlər iki ölkənin ortaq savaş gücünə malik olması məqsədilə təşkil edilib.
Qeyd edək ki, bu təlim Qətərlə İngiltərənin 2017-ci ildə təşkil etdiyi sayca üçüncü təlimdir.
Zümrüd