Frank Riberi “Real”ın təklifinə niyə yox deyib?

Dünyada neçə futbolçu “Real”ın təklifini geri çevirə bilər? Səmimi olaq, yəqin ki, onların sayı bir əlin barmaqlarının sayını keçməz.

Lakin “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi həmin istisnaların sırasına daxildi. Metbuat.az xəbər verir ki, bir zamanlar Lui Van Qalla münasibətləri qaydasında olmayan fransız futbolçu komandanı tərk etmək fikrinə düşüb. Bunu etiraf edən Riberi sözlərinə belə davam edib:

“Uli Höness və Karl-Haynts Rummeniqqe ilə tez-tez danışırdıq. Onlar klubun mənə ehtiyacı olduğunu dedilər və əlavə etdilər ki, Lionel Messi “Barselona” üçün nə qədər önəmlidirsə, mən də “Bavariya” üçün eləyəm.

“Real” məni transfer etməyə çalışırdı. “Bavariya”nın nə qədər tələb etdiyindən xəbərim yox idi. Ancaq o sözlərdən sonra komandanı tərk edə bilməzdim. Qərarımdan məmnunam”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR